İspaniyada məşhur “Vuelta” veloyürüşü sona yaxınlaşır. Artıq 14-cü mərhələ arxada qalıb.  Bu yarış belçikalı idmançının qələbəsi ilə yadda qalıb.

14-cü mərhələdə velosipedçilər 204,7 km məsafə qət ediblər. Gərgin və maraqlı idman mübarizəsində keçən yarışda belçikalı idmançı fərqlənib.  Tim Vellens 4 saat 37 dəqiqə 5 saniyə nəticə ilə finiş xəttini 1-ci keçib. Kanadalı Maykl Vuds 2-ci yerlə kifayətlənib. İlk 3-lüyü çexiyalı Zdenek Ştıbar tamamlayıb. Sloveniyalı Primoj Roqliç finiş xəttini  10-cu keçib. Amma bu onun ümumi sıralamada liderliyinə təsir etməyib.

14  mərhələdən sonra Primoj Roqliç liderliyini davam etdirir. O ən yaxın izləyicisi  ekvadorlu Riçard Karapası 39 saniyə qabaqlayır. Liderdən 47 saniyə geri qalan böyük britaniyalı Hyu Karti 3-cü pillədədir.